Rusiya Ukrayna kəşfiyyatına məlumat ötürən şəxs saxladı



 14:25 07.11.2023     304

Rusiya təhlükəsizlik xidməti Ukrayna kəşfiyyatına məlumat ötürən şəxs saxlayıb.

Demedia.az TASS-a istinadən xəbər verir ki, təhlükəsizlik xidməti həmin şəxsin  messencerlərdə və sosial şəbəkələr vasitəsilə Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə saxladığını aşkarlayıb.

Bundan başqa, saxlanılan şəxs dövlət sirrini ehtiva edən məlumatları əldə etmək ümidi ilə könüllü birləşmələrdə müqavilə əsasında hərbi xidmətə girməyə cəhd edib.

Bahadur Seyidov