İllərlə getməyən sızanaqları təmizlədi! Salisil turşusu nədir? - Video



 10:00 08.11.2023     1019

Yəqin ki, çoxunuz salisil turşusu haqqında eşitmisiniz. Dərinizdə sızanaq, ziyil, kəpək, qaşınma kimi problemləriniz varsa...

 

Salisil turşusu ilk dəfə söyüddən alınıb. O təbiiliyini qoruyan az məhsuldan biridir. O, antibakterial təsirə malikdir. Dəri məsamələrinə nüfuz etmək, artıq yağları bədəndən xaric etmək, ölü hüceyrələri toksinlərlə birgə çıxarmaq qabiliyyəti var. Buna görə də, dərini müalicə etmək və sızanaqların qarşısını almaq üçün istifadə olunan məhsulların əsas tərkib hissəsidir. Salisil turşusu iltihabı və qızartıları da azaldır. Salisil turşusunun daha bir mühüm xüsusiyyəti dərinin üst qatını aşındırmaq, hüceyrələri yenilənməyə təşviq etməkdir. Yəni vasitə qabarların, kobud dərinin müalicəsində və qırışlarla mübarizədə faydalıdır. Yeri gəlmişkən, dermatoloji kabinetlərdə dərini yeniləmək, toxumasını və rəngini yaxşılaşdırmaq, həmçinin, piqmentasiyanı azaltmaq üçün salisil turşusunun köməyilə soyma prosedurları həyata keçirilir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək zəncəfilin faydaları  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az