Lalə Azərtaşla Heydər Əliyev zirvəsinə qalxdıq - Çətin anlar... - Video



 10:58 08.11.2023     692

Cəmiyyətin və Medianın İnkişafı ictimai birliyinin təşkil etdiyi möhtəşəm bir səfər üçün yola çıxırıq.

Dəniz səviyəsindən 3751 m yüksəklikdə yerləşən Heydər Zirvəsinə yürüşümüzə Fəxri xiyabandan başladıq. yolda bizi, möhtəşəm mənzərələr, canlı ifalar və heç vaxt düşmədiyimiz çətin anlar gözləyir. Zirvəyə qalxmağa Allah bizə güc-qüvvət verdi. Zirvəyə Xınalıq kəndi yaxınlığından başlayan yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”ndə başa çatıb. Yürüş iştirakçıları çətin relyef və hava şəraitinə baxmayaraq qarşıya qoyulan məqsədə nail olublar.

Rəna İsmayılova / Demedia.az