İsrail qüvvələri : Ölənlər çoxdur



 21:30 10.11.2023     531

İsrailin 7 oktyabr əməliyyatından sonra tamamilə blokadaya aldığı Qəzzaya HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadalarının hücumları 35 gündür ki, davam edir.

Demedia.az xəbər verir ki, Nəhayət, İsrail qüvvələri şəhərin cənubuna doğru gedən köçkün vətəndaşları və məktəbi hədəfə alıb. Hücumlar nəticəsində çoxlu fələstinli həyatını itirib.İsrail ordusunun cənubuna gedən köçkün dinc sakinləri hədəf alması nəticəsində ölən və yaralananların olduğu bildirilir. Qəzza. Məsələ ilə bağlı Qəzzadakı Daxili İşlər Nazirliyinin Telegram hesabında açıqlama verilib. Açıqlamada, "İsrail işğalçı qüvvələrinin Qəzza vadisi yaxınlığında Qəzza zolağının cənubuna doğru irəliləyən köçkün dinc sakinləri hədəf alması nəticəsində ölən və yaralananlar var" , - deyə bildirilib. Qəzzada Şifa xəstəxanasının direktoru verdiyi açıqlamada İsrailin şəhərdəki məktəbə hücum etdiyini açıqlayıb. Hücumda ən azı 20 adam həyatını itirdi."İsrail Qəzza zolağının şimalında 1 milyondan çox insanın təxliyəsi üçün çağırış etmişdi və hücumda "təhlükəsizlik dəhlizləri"nin olduğunu iddia etmişdi. Köçkün. Fələstin rəsmiləri isə Qəzza zolağında heç bir təhlükəsizlik dəhlizi və ya təhlükəsiz ərazinin olmadığını, İsrail ordusunun mülki şəxslər və xəstəxanalar da daxil olmaqla hücumlarını davam etdirdiyini açıqlayıb.

Bahadur Seyidov