ABŞ-a məxsus hərbi təyyarə Aralıq dənizində qəzaya uğrayıb



 13:30 12.11.2023     227

Qərargahı Almaniyanın Ştutqart şəhərində yerləşən ABŞ-ın Avropa Komandanlığından verilən açıqlamada Şərqi Aralıq dənizində təlim fəaliyyətləri həyata keçirən ABŞ hərbi təyyarəsinin cümə günü axşam saatlarında qəzaya uğradığı bildirilib.

Demedia.az xəbər verir ki, Ailələrinə hörmət əlaməti olaraq qəzada zərərçəkən hərbçilərlə bağlı məlumat verilməyəcəyi qeyd edilib.Bəyanatda qəzanın araşdırıldığı, ancaq düşmənçilik zəminində baş verməsinin görünmədiyi bildirilib.
İsrailin Qəzzaya intensiv hücumlarının başlamasının ardından ABŞ ordusu iki təyyarə gəmisi də daxil olmaqla Aralıq dənizinə intensiv yerləşdirmələr həyata keçirib və yaratdığı hava körpüsü ilə İsrailə sursat daşıyarkən bölgədə təlimlərə başlayıb.

Bahadur Seyidov