Qəzzaya hücumlar nəticəsində 41 mindən çox ev dağılıb



 10:30 13.11.2023     280

İsrailin bir aydan artıqdır ki, qırğın törətdiyi Qəzzada 41 mindən çox ev dağıdılıb.

Demedia.az xəbər verir ki,Bölgədəki vəziyyətlə bağlı Qəzza zolağı hökumətinin Media Ofisi tərəfindən yazılı açıqlama verilib.

Açıqlamaya görə, İsrailin 37 gündür davam edən hücumlarında 41 min 30 ev tamamilə, 222 min 120 ev isə qismən dağılıb. Hücumlar zamanı 92 dövlət binasına ciddi ziyan dəyib, 241 məktəbə ziyan dəyib, onlardan 61-nin yararsız və istismara yararsız olduğu bildirilir. İbadət ocaqlarına da ziyan vuran hücumlarda 70 məscid tamamilə dağıdılıb, 153 məscid qismən dağıdılıb, 3 kilsə hədəfə alınıb.

Bir aydan çox davam edən hücumlar nəticəsində kənd təsərrüfatına dəyən birbaşa ziyan 180 milyon dollar qiymətləndirilir. İsrail təqribən 45 min dekar kənd təsərrüfatı sahəsinin 25 faizindən çoxunu buldozerlərlə dağıdıb, meyvə ağaclarını kökündən çıxarıb, xalqın gəlir mənbəyi olan mal-qara, ev quşları və balıqları məhv edib.

Bahadur Seyidov