Vulkan püskürməsi nəticəsində yeni ada yarandı: Daimi ola bilər



 09:46 13.11.2023     329

Yaponiyada dənizaltı vulkanın partlaması nəticəsində yeni ada yaranıb.

Demedia.az BBC-yə istinadən xəbər verir ki, sualtı vulkanın partlaması nəticəsində yaranan quru kütləsi paytaxt Tokiodan 1200 kilometr aralıda və İkinci Dünya Müharibəsinin ən qanlı döyüşlərinin baş verdiyi İvoto adasının yaxınlığında yerləşir.

Yaponiya Meteorologiya İnstitutuna aid helikopter adanın üzərində kəşfiyyat uçuşu həyata keçirib. Görüntülərdə sıx tüstü və bir-iki dəqiqədən bir baş verən partlayışlarla müşayiət olunan 50 metr yuxarı qalxan lava müşahidə edilib.

Oqasava adalar zəncirinə əlavə edilən 100 metr diametrli yeni adanın bir neçə dəqiqədən bir meydana gələn partlayışlarla formalaşmağa başladığı məlum olub.

Tokio Universitetindən Prof. Setsuya Nakada adanın daimi ola biləcəyini bildirib.

1