“Şir evdən qaçdı” - İnsanlar vahiməyə düşdü



 14:58 13.11.2023     321

İtaliyanın paytaxtı Romada sirkdən qaçan şir küçələri gəzib.

Demedia.az xəbər verir ki,  heyvan gecə saatlarında şir küçədə dolaşarkən görüntülənib.

Onun sakitcə getdiyini görən məhəllə sakinləri qorxu və təəccüblə həmin anları mobil telefonları ilə lentə alıblar. Aslanın olduğu ərazilərdə  insanlara evlərindən çıxmamaları barədə  xəbərdarlıq edilib.

Bölgəyə gələn baytarlıq qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşlarının uzunmüddətli işlərindən sonra  aslanı yaxalayıblar.

Bahadur Seyidov