İsrail hər gün 260 milyon dollar itirir
İsrailin HƏMAS-a qarşı müharibəsi iqtisadiyyata hər gün təxminən 260 milyon dollara başa gəlir.
Demedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşr qeyd edib ki, bu ölkənin iqtisadiyyatına təsir edir.
Qəfil başlayan müharibə büdcədə dəyişikliyə səbəb olub. Maliyyə naziri büdcənin yenidən təşkil edəcək və gələn il üçün yenidən plan tərtib edəcək.
Qeyd edək ki, İsrail - HƏMAS müharibəsi cari ilin oktyabrın 7-də başlayıb. HƏMAS Qəzzadan İsrailin cənubundakı icmalarına soxularaq 1200-ə yaxın adamı öldürüb. HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyinə görə, İsrail cavab hava hücumlarına başladıqdan və qurudan hücuma başladıqdan sonra Qəzzada 11 mindən çox insan həlak olub.
Bahadur Seyidov