İsraildən Makronun sözlərinə sərt reaksiya



 17:43 13.11.2023     514

Fransa Prezidenti Emamnuel Makronun “Qəzzaya hücumları dayandırın” çağırışından sonra İsraildən cavab gəlib.

Demedia.az xəbər verir ki, Makron dünən Britaniyanın BBC telekanalına müsahibəsində  Qəzzada mülki vətəndaşlar bombalandığını, körpələr, qadınlar, qocaların öldürüldüyünü bildirib:

“Bunun heç bir əsası və legitimliyi yoxdur. Buna görə də biz İsraili dayanmağa çağırırıq”.

Bu mesajlarla bağlı İsrailin müdafiə naziri Yoav Gallant Fransaya cavab verib: “Müharibənin ortasında bizi mənəviyyatlandırmaq cəsarəti haradan gəlir? Qəzzada 240-dan çox girov var. Bizim borcumuz o insanları evlərinə qaytarmaqdır", - deyə  Makrona cavab verib.

Bahadur Seyidov