Kəndlilərin neft ümidi - Hər yerdən fışqıran rəngli sular nədir?



 22:36 13.11.2023     1220

Türkiyənin Sivasın Suşehri rayonundakı Karacaören kəndinin yüksəkliklərində hər yerdən çıxan sirli mayenin neft əlaməti ola biləcəyi düşünülür.

Demedia.az xəbər verir ki, kəndin yuxarı hissələrində təqribən 2 min metr hündürlükdə yerin diqqətəlayiq mayeləşməsi və hər yerdən səthə çıxan rəngarəng sular kənd sakinlərini ümidləndirib.

Yaz aylarında odla birləşərək yandığı iddia edilən sudakı yağlı və rəngli çöküntü neft ümidini artırır. Kənd sakinləri bildiriblər ki, əvvəllər də ərazidə tədqiqat işləri aparılıb, lakin onlara araşdırmanın nəticəsi barədə məlumat verilməyib. Hətta yerdə tədqiqat üçün qazılmış quyular da bağlanmadan olduğu kimi qalıb. Kənd sakinləri tədqiqatların davam etdirilməsini və əgər varsa, bölgədəki neftin ölkə iqtisadiyyatına gətirilməsini istəyirlər.

Mövzu ilə bağlı açıqlama verən kənd muxtarı Erhan Betaş bölgədən bilmədikləri fərqli bir mayenin axdığını ifadə edərək deyib:

“İllərdir burada neft və ya qaz ola bilər, bilmədiyimiz bir maye axır. Ümid edirik ki, bu maye dövlətimiz tərəfindən araşdırılaraq ölkə iqtisadiyyatına gətiriləcək. Hazırda payızda olduğumuz üçün suda qarışıq bir qədər zəif olsa da, yaz aylarında daha çox nəzərə çarpır. Qaz kimi bir görünüşü var. Biz bunun araşdırılaraq ölkə iqtisadiyyatına gətirilməsini istəyirik".

Aysun / Demedia.az