Belə oğurluq hadisəsi ilk dəfə görülüb - VİDEO



 23:48 13.11.2023     3119

Türkiyənin Esenyurt şəhərində bir iş binasına girən şəxs modeldə gördüyü və bəyəndiyi idman kostyumunu geyinərək yoxa çıxıb.

Demedia.az xəbər verir ki, həmin anlar iş yerinin təhlükəsizlik kameralarına əks olunub.

Hadisə dünən səhər saat 09:00 radələrində Esenyurt Cümhuriyyət Mahallesi Nazım Hikmət Bulvarında yerləşən iş binasında baş verib. Əldə edilən məlumata görə, biznes binasına daxil olan şəxs mağazanın qarşısında cansız manikendə nümayiş etdirilən idman kostyumlarından birinə diqqət yetirib. Bir müddət ətrafa göz gəzdirən şübhəli elə oradaca paltarını çıxarıb, rahat və cəsarətli şəkildə modeldən götürdüyü idman kostyumunu geyinib. Bir müddət paltarlarını da toplamaqda çətinlik çəkən şübhəli iş binasından çıxarkən başqa bir manekendə olan papağı götürərək yoxa çıxıb.
Ticarət binasının esnaflarından Edip Karagören “Səhər saat 09:00 radələrində bir vətəndaş gəlib modelin üzərindən idman kostyumunu çıxarıb geyinir və çıxıb gedir. “Biz istəyirik ki, bu oğrunun tutulsun ki, belə hadisələr olmasın, digər biznesmenlər zərər görməsin.

Aysun / Demedia.az