İsrail ordusu Qəzzada 4300 hücum təşkil etdiyini açıqlayıb



 14:18 13.11.2023     288

İsrail ordusu Qəzzaya birbaşa hücumlarını genişləndirdiyini və bölgədə 4300 hücum təşkil etdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, ordudan verilən açıqlamada bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri və onun quru qüvvələri Qəzzada 4300 hücum həyata keçirib. İsrail ordusu bundan əvvəl Qəzza zonasına 15 mindən çox hücum etdiyini bildirmişdi.

Qeyd edək ki, HƏMAS-ın hücumundan sonra İsrailin Qəzzaya həyata keçirdiyi hücumlarda 11 min 180 kişi öldürülüb.

Bahadur Seyidov