Yunanıstan Avropa İttifaqından 42,4 milyon avro maliyyə alıb



 17:25 13.11.2023     292

Yunanıstan qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində Avropa İttifaqından 42,4 milyon avro maliyyə alıb.

Demedia.az xəbər verir ki, Avropa Komissiyası Aİ-yə üzv ölkələrə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün 258,9 milyon avroluq fövqəladə maliyyə yardımı edilməsinə qərar verib. Komissiyaya təqdim edilən məbləğdən 42,4 milyon avro Yunanıstana verilib.

Ən çox maliyyə yardımı alan ölkə Yunanıstan olub.

Bahadur Seyidov