ABŞ-ın müdafiə naziri hərbi bazalara edilən hücumlardan danışdı
ABŞ-ın müdafiə naziri Lloyd Austin ölkənin Suriya və İraqdakı bazalarına edilən hücumlarla bağlı açıqlama verib.
Demedia.az xəbər verir ki, o bildirib ki, bu hücumlar dayandırılmalıdır və əgər dayandırmasa, ABŞ əsgərlərini qorumaq üçün lazım olanı etməkdən çəkinməyəcək. Ostin bəyan edib ki, İran İnqilabı Keşikçiləri Korpusu və İrana bağlı qrupların mövqeyinə edilən hücumun məqsədi İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumlarda birbaşa iştirak edən qrupların hərəkətliliyini azaltmaq olub.
Bahadur Seyidov