Bunu yolda görsəniz yığın! Sağaltmadığı xəstəlik yoxdur - Video



 09:38 14.11.2023     1407

Azərbaycanda bu bitki demək olar ki bütün kənd yerlərində bitir. Şiş xəstəliklərindən tutmuş, qastritə qədər onlarla problemi aradan qaldıran bir bitkidən – pərpətöyündən danışacağıq bu gün.

Pərpətöyünün 43 qramında orqanizmin gündəlik vitamin ehtiyacının 1/5-i var. Mülayim iqlimlərdə geniş yayılmış bitki Asiya mənşəlidir. Çin təbabətində tez-tez adı çəkilən pərpətöyünün faydalarını saymaqla bitməz. Sarı və qırmızı olmaqla 2 növə ayrılan bitki Omeqa-3 yağ turşuları ilə zəngindir. A, E, C, B vitaminlərindən əlavə, maqnezium, kalsium, kalium və dəmir qaynağıdır.Becərilməsi asandır. Yaşıl vaxtında yığılmasa, bitki çiçəkləyir. Çiçəkləri toplamaq bitkinin özünü yığmaqdan daha çətindir. Çiçəklərə dəyilməsə, toxumlar quruyur və torpağa səpilirlər. Növbəti mövsümdə bu toxumların cücərməsi üçün məhsuldar torpaq, yetərli gün işığı lazımdır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək pərpətöyünün faydaları barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az