Rozmarin yağı nədir? - Faydaları və istifadə qaydası - Video



 09:59 14.11.2023     1968

Rozmarin yağı alternativ təbabətdə müalicəvi vasitə kimi istifadə olunur. Lakin güclü təsirə sahib olduğu üçün rozmarin yağından istifadə edərkən diqqətli olmaq vacibdir.

 

Hazırlanması son dərəcə asan olan rozmarin yağından bir çox sahədə istifadə edərək təbii həllər yarada bilərsiniz. Qurudulmuş rozmarin yarpaqlarını təmizlədikdən sonra qaba qoyun və üzərini örtəcək qədər zeytun yağı əlavə edin. Sonra təxminən iki həftə qaranlıq və isti bir mühitdə günəş işığından uzaq saxlanılır. Gözləmə müddətindən sonra yağ və rozmarin yarpaqları süzgəc vasitəsilə ayrılır. Nəticədə maye rozmarin yağıdır. Lakin siz özünüz hazırlamaq istəmirsinizsə, apteklərdə hazır vəziyyətdə satılır. Qiymətləri də münasibdir. 2-3 manatdan başlayır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək rozmarinin faydaları barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az