Çayını evdən əskik etməyin - Xəstəlik nədir bilməyəcəksiz - Video



 10:06 14.11.2023     525

İtburnu çayı, adətən, dəmləmə üsulu ilə hazırlanır. Kəmşirin dada malik olan itburnu çayı insan orqanizmi üçün olduqca faydalıdır. Bəs bu faydalar nələrdir? Kimlərə itburnu çayı içmək olmaz?

Toxumlarının çoxluğu səbəbiylə itburnunu birbaşa yemək çətindir. Qabığındakı tüklər isə ağız boşluğunda zədələnmələrə yol aça bilir. Buna görə də, ondan istifadə etməkçün çeşidli üsullar sınanılıb və bizə miras qalıb. Ölkəmizdə şirəsi çəkilir, çayı dəmlənir, lavaşası (quru turşusu), şərbəti hazırlanır. İtburnunun faydalarından yararlanmaq üçün ən ideal üsul itburnu çayıdır. Dadı, ətri, möhtəşəm rəngiylə sevilən bu çay C vitamini ilə zəngindir. Orqanizmi xəstəliklərdən müdafiə etdiyindən qış mövsümünün ən sevimli içkilərindəndir. Çayı düzgün qaydada hazırladığınızda C vitamini suya qarışır. Beləcə, orqanizmə daha yüksək miqdarda C vitamini daxil olur.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az