Bunu biləndən sonra Alma Qabıqlarını ZİBİLƏ ATMAYACAQSIZ - Video



 10:23 14.11.2023     618

Çox adam elə bilir ki, alma çayı elə almadan olur. Əslində isə, nənə-babalarımız almanın qabığını qurudub, həmin quru qabıqları qışa saxlayır və ondan çay dəmləyiblər.

Zəncəfil, darçın, sarıkök, yaşıl çay, mixək, cökə çiçəyi, gülxətmi çiçəyi ilə qarışdırılan alma çayı min dərdə dəvadır. əzə almalar yaxşıca yuyulur, qabıqları soyulur, tumları çıxarılır. Alma incə-incə dilimlənir. Alma dilimləri qabıqları ilə birgə dəmliyə atılır, üstünə çıxanadək qaynar su əlavə edilir. Vam odda qaynara düşənədək saxlanır. Sonra ocaq söndürülür, lakin dəmlik isti ocaqda daha 10 dəqiqə qalır. Sadə alma çayı içmək istəməsəniz, zəncəfil, sarıkök, limon, yaşıl çay, darçın, nanə, adaçayı, heyva kimi fərqli bitki və meyvə də əlavə edə bilərsiniz. Qurudulmuş alma qabıqları, yaxud alma tozu da eyni formada dəmlənir. Dadı tünd olduğuna görə, miqdarını zövqə uyğun təyin etmək imkanınız var.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az