İsrail ordusu HƏMAS-ın qanunvericilik şurasının binalarına daxil olub



 10:51 14.11.2023     288

Israil mediası Qəzzada Fələstinin HƏMAS təşkilatının qanunvericilik şurasının binalarında İsrail Müdafiə Qüvvələrinin əsgərlərini əks etdirən fotoşəkillər dərc edib.

Demedia.az xəbər verir ki, görüntüləri “Haaretz”,  “The Times of Israel” və “The Jerusalem Post” kimi nəşrlər dərc edib. Onlar Qolani briqadası bayrağı ilə İsrail əsgərlərinin Qəzzada HƏMAS qanunvericilik məclisinin rəyasət heyətini necə zəbt etdiyini göstərir. Əsgərlər həmin yerlərdə üç İsrail bayrağı açıblar.

“The Jerusalem Post”un qeyd edib ki, hərbi əməliyyatlardan əvvəl HƏMAS-ın qanunvericiləri bu zalda görüşlərini keçiriblər.

Bahadur Seyidov