Ukraynda 1 milyon güllə istəyir



 11:12 14.11.2023     304

Ukrayna Avropa İttifaqını (Aİ) ölkəsinə daha çox hərbi yardım göstərməyə  çağırıb.

Demedia.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, bunu  xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər Nazirlərinin Toplantısında iştirakı zamanı  deyib. 

İclasda çıxış edən Kuleba Ukrayna Quru Qoşunlarının gücünün Rusiya ilə müharibədə xüsusi mənası olduğunu bildirib və deyib:

 "Hava və dəniz qüvvələri vacibdir. Amma hazırda əsl yük quru qoşunlarının çiynindədir. Siyasi məsələləri bir kənara qoysaq, “Ukrayna əsgərinə necə kömək edə bilərik” sualınacavab verək. Ordumuza 1 milyon güllə verilməsi qərarını təsdiqləməyinizi gözləyirik. Aİ-dən daha çox hərbi yardım gözləyirik".

Kuleba Rusiyaya qarşı 12-ci sanksiya paketinin qüvvəyə minməsini tələb edib.

Bahadur Seyidov