İsrail  və HƏMAS yaxın günlərdə razılaşma əldə  edəcək - KİV



 11:45 14.11.2023     292

İsrail və HƏMAS onlarla girovu azad etmək üçün razılaşmaya yaxındır.

Demedia.az xəbər verir ki, bu barədə The Washington Post qəzetinin xarici siyasət üzrə köşə yazarı Devid İqnates məlumat verib.

Onun İsrail hökumətindəki mənbələrinə görə, yekun təfərrüatlar yekunlaşarsa, razılaşma bir neçə gün ərzində elan edilə bilər. İlkin razılaşmalara əsasən, İsrail həbsxanalarında saxlanılan fələstinli qadın və gənclərlə eyni vaxtda israilli qadın və uşaqlar qrup halında azad ediləcək.

Bahadur Seyidov