Donetskdə intensiv döyüşlər davam edir



 14:18 14.11.2023     289

Rusiya-Ukrayna müharibəsi səbəbindən intensiv qarşıdurmaların yaşandığı Donetsk vilayətində mülki şəxslərin təxliyyəsi davam edir.

Demedia.az xəbər verir ki, Xerson, Xarkov, Luqansk və Zaporojya kimi bölgələrlə yanaşı Donetskin Liman, Baxmut, Marinka, Uqledar və digər bölgələrində aktiv döyüş fəaliyyətləri davam edir. Son zamanlar ən qızğın döyüşlər Avdiyivka şəhəri və onun ətrafında cəmləşib. Ukrayna təhlükəsizlik qüvvələrinin və ya müxtəlif könüllü dəstələrin köməyi ilə təxliyə edilənlər bölgənin Pokrovsk şəhərindəki qatar stansiyasına gətirilir.

Bahadur Seyidov