İrlandiyalı millət vəkili Qərbin Qəzza ilə bağlı mövqeyini tənqid etdi
İrlandiya Nümayəndələr Palatasının üzvü Riçard Boyd Barret bəyan edib ki, Qərb liderləri İsrailin yarandığı gündən Fələstin xalqına qarşı müharibə cinayətləri törətdiyini bilirlər, lakin bu, Qərbin maraqlarına xidmət etdiyi üçün İsrailə qarşı mövqe tutmurlar.
Demedia.az xəbər verir ki, "Fələstin və Qəzza" adlı tədbirə qatılmaq üçün Londonda olan İrlandiyalı millət vəkili Barret, İsrailin Qəzzaya hücumları və Qərb liderlərinin İsrailyönlü rəftarı ilə bağlı açıqlamalar verib.
İsrailin Qəzza xalqına qarşı törətdiyi qırğınları və bölgədəki dağıntıları izləməyin təsirli olduğunu bildirən Barret, "Bunlar müharibə cinayətləri, insanlığa qarşı cinayətlərdir. Bu, soyqırımdır, etnik təmizləmədir. İsraili dəstəkləyən və onun hərəkətlərini qanuniləşdirən ABŞ, Böyük Britaniya və digər hökumətlər utanmalıdır" deyə bildirib.
Bahadur Seyidov