Cənubi Koreya və ABŞ birgə hərbi təlimlər keçirir



 15:14 14.11.2023     355

Cənubi Koreya və ABŞ Şimali Koreyanın təhdidlərinə qarşı Şərq dənizində birgə hərbi təlimlər keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya donanmasından açıqlama verilib. Açıqlamada Şərq dənizində başlayan təlimdə Cənubi Koreya donanmasından 10 döyüş gəmisinin, ABŞ donanmasından “ROKS Seoae Ryu Seong-ryong” və “Rafael Peralta” esmineslərinin iştirak etdiyi bildirilib. Açıqlamada gəmilərlə yanaşı, Cənubi Koreyanın sualtı qayıqlara qarşı istifadə edilən P-3 tipli döyüş təyyarəsi, F-15K və FA-50 döyüş təyyarələri ilə ABŞ-ın A-10 tipli hücum təyyarələrinin də təlimə daxil edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, bölmələr şərti düşmən sualtı qayıqlarının axtarışı, məhv edilməsi və xüsusi bölmələrin dəstələrinə cavab olaraq strategiyalar üzərində işləyir.

Bahadur Seyidov