Qəzzada olanlardan narahatıq - Məşhur şirkət açıqladı



 16:00 14.11.2023     417

Baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşən avtomobil nəhəngi "Mercedes" Qəzzada edilənlərə görə İsraili tənqid edib.

Demedia.az xəbər verir ki, Mercedes-Benz-in CEO-su Ola Kaellenius İsraildəki Birləşmiş Hatzalah və Alman Qırmızı Xaç adlı təşkilatlara 1 milyon avro bağışladıqlarını açıqlayıb.

LinkedIn-də paylaşım edən Kaellenius deyib:

"Yaxın Şərqdə sülh üçün mümkün fəsadlardan son dərəcə narahatam. Mənim regionda həmkarlarım, çoxdankı tanışlarım və yaxşı dostlarım var. Zorakılığa məruz qalanların hamısı yaxınlarının itkisinə yas tutur.

Son günlər müxtəlif qurum və təşkilatlarla əlaqə saxlayırıq, çünki sahədəki əzabların bir qədər də olsa yüngülləşdirilməsinə töhfə vermək istəyirik"

Bahadur Seyidov