Ağzı ilə ayıya konfet yedizdirən vətəndaşın MARAQLI GÖRÜNTÜSÜ



 23:48 14.11.2023     783

Türkiyənin Bitlisin Tatvan, Ahlat və Güroymak rayonları sərhədlərində yerləşən Nemrut Krateri Gölünü ziyarət edən vətəndaş maşınına yaxınlaşan qonur ayını qidalandırıb.

Demedia.az xəbər verir ki, 2250 metr hündürlükdə olan Nemrut Krater Gölü təbii gözəllikləri ilə yanaşı zəngin florası ilə də bir çox canlıya ev sahibliyi edir.

Xüsusilə krater gölünün ətrafında yaşayan boz ayılar bölgəyə gələn vətəndaşların və təbiətsevərlərin diqqət mərkəzinə çevrilir. Qonur ayıların qidalanmasına kömək edən vətəndaşlar bəzən maraqlı görüntülər yaradırlar.

Ahlatdan gələrək Nemrut Krater gölündə yaşayan ayıları ziyarət edən Asım Araboğa adlı heyvansevər maşınının pəncərəsini açıb və maşınına yaxınlaşan qonur ayının ağzına qoyduğu konfetlə qidalandırıb. Araboğanın ağzına götürdüyü konfeti qonur ayıya yedirməsi maraqlı görüntülər yaradıb.

Aysun / Demedia.az