Pişikləri yığıb çantasına qoydu... - Səbəbi hər kəsi şoka salan hadisə



 22:05 14.11.2023     841

Türkiyədə Fatih məscidi ətrafında pişik balasını çantasına qoyarkən təhlükəsizlik kameralarına düşən şübhəli polis qrupları tərəfindən saxlanılıb.

Demedia.az xəbər verir ki, onun mənzilində həyata keçirilən əməliyyat zamanı şok mənzərə üzə çıxıb.

Fatih məscidi ətrafında baş verən son pişik ölümlərindən sonra ərazidəki təhlükəsizlik kameraları izlənilib. Şübhəlinin pişik balasını çantasına qoyaraq götürdüyü görüntü sosial mediada sürətlə yayılaraq bir çox heyvansevərlərin reaksiyasına səbəb olub.

Polis qrupları tərəfindən edilən araşdırmada, şübhəlinin Fatih esnafı F. Ö. olduğu aşkar edilmişdir. Qısa müddətdə şübhəli tutularaq saxlanılıb.

Şübhəlinin yaxınları ilə aparılan danışıqlar zamanı onun F.Ö.-nin boş mənzilində xeyli vaxt keçirdiyi öyrənilib. Boş mənzili yoxlayan polis qrupları çoxlu ölü pişiklərlə qarşılaşıb. Heyvanların cəsədləri bələdiyyə qrupları tərəfindən çıxarılıb.

Aysun / Demedia.az