Dayanacaqda dava: 3 qadın aləmi bir-birinə qatdı



 21:34 14.11.2023     1046

Türkiyədə Metrobüs dayanacağında 3 qadın naməlum səbəbdən dava edib.

Demedia.az xəbər verir ki, həmin anlar mobil telefonun kamerasına əks olunub

Hadisə saat 10.30 radələrində Üsküdar Altunizadə metrobüs dayanacağında baş verib. Stansiyada gözləyən 3 qadın naməlum səbəbdən dava edib.

2 qadın metrobüsə gedən başqa bir qadınla şiddətli döyüşərkən ətrafdakılar tərəfləri ayırmağa çalışıb. Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb.

Görüntülərdə 2 qadın digər qadına hücum edir. Yerə yıxılan qadınlar bir-birini təpikləyir, hücum edir. Əlində əsa olan şəxs onu ayırmaq istəyərkən yerə yıxılır. Dava edəndə ətrafdakı insanlar müdaxilə edirlər. Qısa müddətdən sonra tərəflər ayrılır.

Aysun / Demedia.az