Qəzzada ağır durum: Bu əraziyə qarşı hücum əməliyyata başladı



 10:30 15.11.2023     469

HƏMAS-ın oktyabrın 7-də səhər saatlarında başlatdığı Əl-Əqsa tufanı əməliyyatına cavab verən İsrail 40 gündür Qəzzanı bombalayır.

Demedia.az xəbər verir ki, Minlərlə fələstinlini qətlə yetirən İsrail bu dəfə Qəzzanın ən böyük xəstəxanası Şifaya qarşı əməliyyata başlayıb.

Günlərdir mühasirədə saxladıqları Şifa xəstəxanasına daxil olan əsgərlər içəridə olduqlarını iddia etdikləri Həmas üzvlərini "təslim olmağa" çağırıblar. Həmas isə əməliyyata görə ABŞ prezidenti Baydeni məsul tutduqlarını açıqlayıb.  İsrail ordusu HƏMAS üzvlərinin gizləndiyini əsas gətirərək Qəzzanın ən böyük xəstəxanası olan Şifa xəstəxanasına qarşı əməliyyata başlayıb. Əməliyyat ABŞ-ın HƏMAS-ın Qəzzadakı bəzi xəstəxanalardan gizlənmək üçün istifadə etdiyinə dair kəşfiyyat məlumatlarını paylaşmasından sonra həyata keçirilib.

Britaniyanın Reuters xəbər agentliyi İsrail qüvvələrinin xəstəxananın müəyyən bir bölgəsində əməliyyat keçirdiyini və əməliyyata başlamazdan əvvəl xəstəxanada olduqlarını iddia etdikləri bütün Həmas üzvlərini “təslim olmağa” çağırdıqlarını bildirdi. Mülki şəxslərlə əlaqə saxlamaq üçün əməliyyata ərəb tərcüməçiləri və tibb qruplarının da dəstək verdiyi açıqlanıb.

Bahadur Seyidov