"Fənərbaxça Beko"nun növbəti uğursuzluğu...



 11:45 15.11.2023     440

THY Avropa Liqasının 8-ci həftəsində "Fənərbaxça Beko" səfərdə "Srvena Zvezda"ya 87-56 hesabı ilə uduzub.

Demedia.az xəbər verir ki,  Serbiyanın heyətində Teodosic 18 xalla matçın bombardiri olub.3. Məğlub bu nəticə ilə Fənərbaxça 8-ci matçında 3-cü dəfə uduzarkən, Red Star qalibiyyət sayını 3-ə çatdırıb.

Serbiya komandasının 36 yaşlı pleymeykeri Teodosiç 18 xalla matçın bombardiri kimi ulduza çevrilib. Meydan sahiblərindən Bolomboy 14, Nedoviç 12, Lazareviç və Dos Santos isə 11 xal toplayıb.Gözləntilərin altında qalan Fənərbaxça üçün isə yalnız Hayes-Devis 12 xalla ikirəqəmli rəqəmə çatıb. Sarı-göylülər ikiqat matç həftəsi çərçivəsində növbəti oyununu noyabrın 16-da Serbiyanın paytaxtı Belqradda İsrail təmsilçisi “Makkabi Playtika”ya qarşı keçirəcək.

Bahadur Seyidov