Disk yırtıqları CİNSİ ZƏİFLİYƏ səbəb olur? - Video



 10:59 15.11.2023     448

Bel yırtığı beldəki fəqərələr arasında yerləşən və bir növ amortizator kimi funksiyanı yerinə yetirən diskin degenerativ dəyişikliyi sonrası meydana gəlir.

Fəqərə arası disk elastikliyə malik quruluşuyla onurğanın dayanıqlılığına, hərəkətliliyinə və yüklənmələrə qarşı davamlı olmasına, onurğaya təsir edən zərbə şəklindəki qüvvələrin dəf edilməsinə və qüvvətin ətraf toxumalara bərabər bir şəkildə ötürülməsinə xidmət edir. Bel yırtığının əlamətləri Tək və ya hər iki aşağı ətrafa yayılan ağrılar Bud və baldır əzələlərində olan ağrı Ayaqlarda uyuşma, keylik, yandırma, göynəmə, soyuma hissiyyatı Hərəkət məhdudluğu

Neyrocərrah Bəhruz Eyvazov mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az  Neyrocərrah Bəhruz Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az