Uşaqlıq yolu sallanması nədir? Əməliyyat nə zaman vacibdir? - Video
Uşaqlıq və uşaqlıq yolunun sallanması - uşaqlıq yolu və uşaqlığın birləşdirici aparatının pozulması deməkdir.
Bu, daxili cinsiyyət orqanlarının, düz bağırsaq və sidik kisəsinin uşaqlıq yoluna və ondan kənara yerdəyişməsinə və ya oraya sallanmasına səbəb olan bir patologiyadır. Belə funksional pozuntu qadının psixoemosional və fiziki vəziyyətinə mənfi təsir göstərir, həmçinin seksual pozuntulara və əmək qabiliyyətinin qismən itirilməsinə gətirib çıxarır.
Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Ginekoloq Rəşad Sultan "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.
Rəna İsmayılova / Demedia.az