SÜD VERƏN Analar hansı qidaları qəbul etməlidir? Video



 11:22 15.11.2023     514

Ana südü ilə qidalanma körpənin həyatı üçün ən yaxşı başlanğıcdır və həm ana, həm də körpə üçün faydalıdır.

Tədqiqatlar ana südü ilə qidalandırmanın ürək-damar və xərçəng kimi qeyri-infeksion xəstəlikləri azalda biləcəyini göstərir. Ana südü körpəni infeksiyalardan, allergiyalardan, müxtəlif xəstəliklərdən qoruyur, zülal və vitamin ehtiyasını təmin edir. Bütün zəruri qida maddələrini, vitaminləri və mineralları uşaq ana südü ilə qəbul edir. Buna görə də ananın rasionu kifayət qədər kalorili, rəngarəng, minerallar və vitaminlərlə zəngin olmalıdır. Bu, ananın sağlamlığını qorumaqla yanaşı, laktasiyanı da artırır. Yaxşı olar ki, qəbul edilən kalori yağsız ət, tərəvəzlər, meyvələr, bütöv dənli çörək, yarmalar və ağartı məhsulları hesabına olsun. Ana bilməlidir ki, onun yediyini körpə də yeyir. Ananın qidalandığı yeməklərin dadı südə tam verir.

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Rəna İsmayılova / Demedia.az