EXOKARDİOQRAFİYA - Şüa zərəri var? - Video



 11:37 15.11.2023     500

Exokardioqrafiya ultrasəs dalğaları vasitəsilə ürəyin görüntülənməsidir.

Exo-invaziv olmayan bir metoddur və bu dalğaların insana heç bir ziyanı yoxdur. Exo-vasitəsilə ürəyin hərəkətli görüntüsü əldə edilir. Süni ürək qapaqlarının kontrolu zamanı, eləcədə transtorakal exo yetərsiz olduğunda və ürək daxili trombların diaqnostikasında Transezofagial exokardioqrafiya (TEE) tətbiq edilir.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az