Fənərbaxçada İheanaço və Lind üçün əməliyyat başladı!



 13:41 15.11.2023     235

Fənərbaxçada ara transfer dövrü üçün işlərə başlanılıb.

Demedia.az xəbər verir ki,Sarı-göylülər, belçikalı ulduzun komandadan ayrılacağı təqdirdə gözü iki hücumçuya dikilib.İlk hədəf İHEANAÇO Keleçi İheanaço Fənərbaxçada transfer siyahısında birinci yerdədir. “Lester Siti” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq nigeriyalı mərkəz forvardının transfer haqqını ödəməyəcəkləri sarı-göylü komandanın iştahını açır.Fənərbaxçanın digər hədəfi isə Alexander Linddir. cəmi 21 yaşı var. "Silkeborq"da çıxış edən və bazar dəyəri 800 min lirə olan futbolçu Danimarka Liqasında 15 matçda 10 qol vuraraq bombardirlər siyahısında zirvəyə yüksəlib.

Bahadur Seyidov