Romeo və Cülyetta ölümlə üz-üzə gəldi
Macarıstanın Budapeşt Milli Teatrında Romeo və Cülyetta obrazını canlandıran baş aktyorlar tamaşa zamanı faciə ilə üzləşiblər.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, tamaşa zamanı “Romeo və Cülyetta” tamaşasında baş rolları canlandıran Julia Szasz və Otto Lajos Horvath yerdən 3 metr hündür eyvandan yıxılıblar.
Ağır xəsarət alan aktyorların xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin stabil olduğu öyrənilib.
Bahadur Seyidov