Bu ölkə də “TikTok”u qadağan etdi



 15:24 15.11.2023     289

Nepal da Çin sosial media platforması “TikTok”u qadağan edən ölkələrə qoşulub.

Demedia.az xəbər verir ki,  Nepal hökuməti məşhur sosial media tətbiqi T”ikTok”un ölkədəki ictimai quruluşu pozduğunu əsas gətirərək qadağan etmək qərarına gəlib.

Rabitə və İnformasiya Texnologiyaları Naziri Rekha Sharma platformanın etiraz doğuran məzmun yaydığını bildirib. O  qeyd edib ki, qadağanın dərhal qüvvəyə minməsi üçün  göstəriş verilib.

Qeyd edək ki, Kanada fevral ayında, Belçika, Norveç, İngiltərə və Yeni Zelandiya mart ayında isə “TikTok”un dövlət telefonlarında və elektron cihazlarda istifadəsini qadağan edib. Bundan başqa, may ayında ABŞ-nin Montana ştatı “TikTok”dan  istifadə qadağasını qoyan ilk ştat olub.

Bahadur Seyidov