Kennedi də Baydenə rəqib olur
Robert Kennedi 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətini açıqlayıb.
Demedia.az xəbər verir ki, bu barədə o, “Responsible Statecraft” portalına müsahibəsində deyib.
Bundan başqa, kiçik Robert Kennedi Rusiya-Ukrayna müharibəsində ABŞ-nin rolunu də şərh edib:
"Bəli. ABŞ-nin hazırkı strateji baxışına görə, müharibə Rusiyanı zəiflətməklə milli maraqlara xidmət edir. Amma bu baxış iki səbəbdən yanlışdır. Birincisi, bu, Rusiyanın zəifləməsi deyil. İkincisi, zəif və qeyri-sabit Rusiya olacaq. Bizim təhlükəsizlik səviyyəmizin azalmasına gətirib çıxarır, onu artırmaq yox. Rusiya bizim onu məhv etməyə çalışmadığımızı bilsə, ABŞ və bütün dünya bundan faydalanacaq”, - Kennedi vurğulayıb.
Bahadur Seyidov