Ölümü futbol dünyasını şoka saldı
Peru futbolunun önəmli futbolçularından olan 41 yaşlı Henri Kolan restorana silahlı basqın nəticəsində həyatını itirib.
Demedia.az xəbər verir ki, onun bədəninə 6 güllə dəyib. Perulu futbolçu elə hadisə yerindən vəfat edib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, o, “Sport Boys”, “Sporting Cristal”, “Alianza Atletico”, “Ayacucho FC” kimi klublarda çıxış edib.
Bahadur Seyidov