ABŞ-nin hərbi bazaları hədəfə tutulur - Pentaqon
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) oktyabrın 17-dən bəri İraq və Suriyadakı ABŞ bazalarına 55 hücum edildiyini açıqlayıb.
Demedia.az xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında ABŞ bazalarına edilən hücumlarla bağlı yeni məlumatlar verib.
Onun sözlərinə görə, edilən hücumların 27-si İraqda, 28-i Suriyada edilib. Bazalara edilən hücumar zamanı 59 əməkdaş yüngül şəkildə yaralanıb.
Pentaqon rəsmisi əlavə edib ki, İranla əlaqəli qruplar ABŞ bazalarına edilən hücumlara görə məsuliyyət daşıyır və ABŞ bu hücumlara cavab vermək hüququna malikkdir.
Bahadur Seyidov