ABŞ və Cənubi Koreya təyyarələri birgə hava təlimi keçirib
Cənubi Koreya və ABŞ-ın nüvə gücünə malik strateji bombardmançı B-52 təyyarəsnin iştirakı ilə birgə hava təlimi keçirib.
Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyindən açıqlama verilib. ABŞ-ın iki B-52 bombardmançı təyyarəsi və iki ölkənin döyüş təyyarələrinin iştirakı ilə keçirilən hava təlimi Sarı dənizdə həyata keçirilib. Bildirilib ki, təlimin məqsədi Şimali Koreyanın təxribatlarına qarşı Cənubi Koreya və ABŞ-ın birgə əməliyyat qabiliyyətini nümayiş etdirməkdir.
Qeyd edək ki, B-52 təyyarəsi Seul Beynəlxalq Aeronavtika və Müdafiə Sərgisində uçuşundan sonra paytaxt Seulun cənub-şərqindəki Cheongju aviabazasına eniş edib.
Bahadur Seyidov