İsrail HƏMAS-ın atəşkəs təklifini rədd edib
İsrail HƏMAS-ın 3 günlük atəşkəs və əsir mübadiləsini nəzərdə tutan təklifini rədd edib.
Demedia.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Təl-Əviv administrasiyası HƏMAS-ın əsir mübadiləsi təklifini rədd edib. Bildirilib ki, HƏMAS təklif çərçivəsində 50 israilli girovun azad edilməsi müqabilində Qəzzada döyüşlərə 3 günlük fasilə verilməsini və İsrail həbsxanalarında olan fələstinli qadın və uşaqların azad edilməsini irəli sürüb.
İsrailin Kanal 12 televiziyasının reportajında adı açıqlanmayan bir İsrail rəsmisi bildirib ki, HƏMAS ilə danışıqlarda vasitəçilər İsrail daha geniş miqyaslı məhbus mübadiləsi tələb edir.
Bahadur Seyidov