BMT-dən Qəzza ilə bağlı çağırış



 21:07 15.11.2023     287

Qəzzadakı qırğın yeni bir dəhşət səviyyəsinə çatır və dünya bunu şok içində izləyir.

Demedia.az xəbər berir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər və Təcili Yardım üzrə Koordinatoru Martin Griffiths belə deyib. O bildirib ki, buna icazə verilə bilməz. Qriffits, Qəzzada xəstəxanaların hücuma məruz qaldığını, vaxtından əvvəl doğulmuş körpələrin öldüyünü və insanların həyat üçün əsas ehtiyaclarından məhrum olduğunu vurğulayıb.

Tərəfləri beynəlxalq humanitar hüquqa hörmət etməyə çağıran Qriffits Qəzzada humanitar atəşkəsin qəbul edilməsinin və hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıb.

Bahadur Seyidov