Lavrovdan Qəzza ilə bağlı açıqlama



 21:14 15.11.2023     280

Rusiya xarici işlər naziri Sergey Lavrov tarix kontekstində Fələstin dövlətinin yaradılmasının qaçınılmaz olduğunu bəyan edib.

Demedia.az xəbər verir ki, Lavrov "Russia Today" telekanalına müsahibəsində İsrailin Fələstinə hücumları ilə bağlı açıqlamalar verib. O bildirib ki, məqsəd münaqişələrin dayandırılması və mövcud humanitar problemlərin həlli üçün tədbirlər görülməsidir. Keçmiş Sovet İttifaqının İsrailin qurulmasında mühüm rol oynadığını deyən Lavrov Rusiya Prezidenti Vladimir Putinin İsrailin təhlükəsizliyinə önəm verdiyini bəyan edib.

Onun sözlərinə görə, Fələstin dövlətinin qurulmasını rədd etməklə təhlükəsizlik təmin edilə bilməz.

Bahadur Seyidov