Qaraciyəri təmizləyən 7 qida - Mütləq yeyin! - Video



 09:42 16.11.2023     602

Yad maddələri orqanizmdən xaric edən, hormonların tənzimlənməsində böyük rolu olan, enerji ehtiyatımızın və vitaminlərin qorunub saxlanılmasını təmin edən, qan dövranında iştirak edən qaraciyərimizin işi sadaladıqlarımla bitmir.Buna görə də, qaraciyərin xəstələnməsi bütün orqanizmə təsir edir.

Orqandakı problemlər ağrı reseptorlarını həmən aktivləşdirmir. İnsan yalnız o zaman ağrı hiss edir ki, qaraciyərdəki xəsarətlərin həcmi böyük olur. Qaraciyərimizi qorumaq üçün ağrılı mərhələyə çatmamış müəyyən tədbirlər görə bilərsiniz. Məsələn, qaraciyərinizə faydalı olan, onu özünü bərpa prosesinə tətikləyən qidalar yeyərək. Qaraciyərin sağlamlığının vəziyyəti bütün orqanizmin işində əks olunur. Qaraciyər öd suyu istehsal edərək, qidanın normal mənimsənilməsinə, toksinlərin, xarici birləşmələrin, mikrobların zərərsizləşdirilməsinə və orqanizmdən çıxarılmasına kömək edir. Bir sözlə, orqanizmi detoks edir. Zülalların, yağların, qlükozanın, xolesterinin və hormonların mübadiləsində böyük rol oynayır. Qaraciyərin xroniki xəstəlikləri onun normal iş prinsipini pozur və fəaliyyətinə ciddi zərbə vurur. Nəticədə, zamanla: -həzm sisteminin, ürək-damar sisteminin işi pisləşir; -cinsi funksiya zəifləyir; -çəki artır; -görmə problemləri yarana bilir;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az