Rusiya məktəblərdə PUA dərsləri keçir



 10:43 16.11.2023     295

Rusiyada məktəblərdə pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi ilə bağlı dərslərin keçirilməsi planlaşdırılır.

Demedia.az xəbər verir ki, Rusiya Təhsil Nazirliyi məktəblərdə hərbi hazırlıq təhsili ilə bağlı qərar layihəsi hazırlayıb.

Federal Hüquq Tənzimləmə Sistemindəki layihəyə əsasən, məktəblərdə “Vətənin təhlükəsizliyinin və müdafiəsinin əsasları” kursu çərçivəsində şagirdlərə ilkin hərbi hazırlıq elementləri haqqında məlumat veriləcək.

 Bundan əlavə, kurs çərçivəsində tələbələrə PUA-lardan istifadə ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur.

 Sözügedən qərar layihəsinin Rusiya hökuməti tərəfindən təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aprel ayında İHA istehsal edən şirkətlərin nümayəndələri ilə görüşdə məktəblərdə İHA təliminin keçirilməsi ideyasını dəstəkləyib.

Bahadur Seyidov