Ərdoğanın çıxışı zamanı çağırılmamış qonaq...



 11:29 16.11.2023     333

Türkiyə Prezidenti Ərdoğan AK Partiya qrup toplantısında kürsüyə çıxaraq gündəmə dair qiymətləndirmələr edib.

Demedia.az xəbər verir ki, 41 gündür Qəzzanı bombalayan İsrailə sərt reaksiya verən Ərdoğanın çıxışı zamanı diqqət çəkən hadisə yaşanıb.

Kürsüyə çıxan prezident Ərdoğan, o anda çağırılmamış bir qonağı olduğunu söyləyib. Arının çiyninə endiyini görən Ərdoğanın mühafizəçisi cəld hərəkətlə müdaxilə edib, mühafizəçi əli ilə arını Ərdoğanın çiynindən yerə tullayıb, daha sonra üzərinə basaraq zərərsizləşdirib.

Bahadur Seyidov