Futbolçuya Fələstinə dəstək verdiyi üçün görün nə etdilər



 14:19 16.11.2023     279

Almaniya Bundesliqa komandalarından biri olan "Mainz 05" 28 yaşlı holland futbolçu Ənvər Əl Qazinin Fələstinə dəstək verdiyi üçün müqaviləsinə xitam verildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Əl Qazi əks addım ataraq klubu məhkəməyə verdi.Bilddə çıxan xəbərə görə, Fələstinə dəstək verən hollandiyalı futbolçu müqaviləyə xitam verən “Maynts 05”i məhkəməyə verib.

Xəbərdə məhkəmə prosesinin başladığı bildirilsə də, ilk məhkəmə prosesi dekabrın 6-da keçiriləcək. Əl Qazi Almaniyanın “Maynts” komandasında illik 2,5 milyon avro qazanırdı. 28 yaşlı futbolçu işdə haqlı çıxsa, klub ona təzminat ödəməli olacaq.

Bahadur Seyidov