Uşaqlar niyə qusur? - Bağırsaq burulması - Video



 11:32 16.11.2023     521

 

Qusma müdafiə mexanizmi olub, mədə daxilindəki maddələrin ağızdan (və ya burundan) reflektor olaraq qayıtmasıdır.

Tutma zamanı qarın əzələsi sıxılır, qida borusu genişlənir və mədə daxilindəki hər şeyi qida borusu boyunca yuxarı itələyir. Uşaq qusmasının ən geniş yayılmış səbəbi – qida zəhərlənməsidir. Qusma, həmçinin müxtəlif infeksion xəstəliklərdə, məsələn, rotavirus infeksiyası, skalatina, tif zamanı da yarana bilər. Bəzən belə problem ciddi böyrək xəstəlikləri zamanı orqanizmə yığılmış toksinlər səbəbindən də ortaya çıxa bilər. Qusma tutmalarının digər səbəblərindən mədə-bağırsaq xəstəliklərini, nevroloji diaqnozları, baş-beyin travmalarını göstərmək olar. Uşaqlarda qusmaya emosional sarsıntı hallarında da rast gəlinir.

Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov mövzu barədə videoda ətraflı məlumat verir. 

Demedia.az  Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az